Kod adı "Andok" olan PKK lideri öldürüldü

Kod adı "Andok" olan PKK lideri öldürüldü


Türkiyənin Hakkari vilayətinin Çukurca bölgəsində “Andok” kod adlı terrorçu Barış Tekçe öldürülüb.

APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, məhv edilən terrorçu PKK-nın Van vilayəti üzrə məsul şəxslərindəndir. Bu şəxsin Hakkari-Çukurca yolunu bir həftə ərzində bağlayan qrupun lideri olduğu bildirilir.

Barış Tekçenin üzərindən müxtəlif fotolar və partladılmağa hazır vəziyyətdə olan qaz balonları tapılıb. Onun rəhbəri olduğu qrup yola mina basdırmaq, körpüdə təxribat törətməyə cəhd edib. Amma hüquq-mühafizə orqanları onların bu cəhdinin qarşını alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...