Abdulatipov Dərbəndə yeni rəhbər gətirir

Abdulatipov Dərbəndə yeni rəhbər gətirir


Dərbəndin rəhbəri vəzifəsini Rusiya Dumasının Milli məsələlər komitəsinin sədri Hacımet Səfərəliyev icra edəcək.


Axar.az xəbər verir ki, bunu Dağıstanın “Novoye delo” qəzetinə açıqlamasında deputatın özü söyləyib. Onun sözlərinə görə, bu vəzifə ona Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov tərəfindən təklif edilib: “O, bu vəzifəni mənə təklif etdi və mən razılaşdım. Hələlik heç bir prosedur həyata keçirilməyib. Düşünürəm ki, yaxın zamanlarda bununla bağlı rəsmi açıqlama veriləcək”. Dərbənd şəhərinin meri İmam Yaraliyev avqustun 11-də istefaya getmişdi. Hələlik şəhərin meri vəzifəsinin səlahiyyətlərini şəhər administrasiyasının sədri Azadi Rəhimov icra edir.

Hacımet Səfərəliyev milliyətcə ləzgidir. Yerli mətbuatın məlumatına görə, o, Kremlə xüsusi yaxınlığı ilə seçilir. Üstəlik, Səfərəliyev Dağıstanda heç bir klanın üzvü hesab edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1235 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...