Erməni biznesmen özünü güllələdi

Erməni biznesmen özünü güllələdi


“Eyfel” mağazalar şəbəkəsinin sahibi Qevork Mkrtçyan özünü güllələyərək intihar edib

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, buna səbəb onun həm öz ölkəsində, həm də xaricdə yığılıb qalan borcları olub. Məlumatda qeyd edilir ki, tanınmış biznesmen yaşadığı mənzildə saxladığı silahla özünü vurub. İntihar baş verəndə ailədə heç bir münaqişə olmayıb. Atəş səsini eşidib bayıra çıxan evdəkilər biznesmenin özünü bağçada vurduğunu görüblər. Qevork Mkrtçyan intihardan əvvəl yazdığı məktubda bu addımına görə heç kəsi qınamamağı xahiş edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...