Türkiyəli nazirdən ilginc açıqlama: "Şəhid olmaq istəyirəm"

Türkiyəli nazirdən ilginc açıqlama: "Şəhid olmaq istəyirəm"


"İnsanın daxili söhbətləri Allahla arasındakı sirrdir. Allah qismət eləsə, mənim istəyim dinim, millətim və vətənim uğrunda şəhid olmaqdır". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib. O, oğlunun ödənişli hərbi xidmət keçdiyi haqda yayılan iddiaların əsassız olduğunu bildirib.

Ölkədə artan terror aktlarına toxunan nazir bildirib ki, bu hadisələr enerji sektoru ilə əlaqəlidir: "Son 7 ildə boru xətti (İraqdan Türkiyəyə gələn neft kəmərini nəzərdə tutur - "Report") 22 dəfə terrorçu PKK tərəfindən partladılıb. Bu partlayışlardan ən çox elə kürdlər ziyan çəkib. İyulun 25-dən avqustun 17-dək törədilən partlayışlar nəticəsində İraqın şimalındakı kürd muxtariyyatına dəyən ziyanın məbləği 501 milyon dollardır".

Onun sözlərinə görə, həmin terrorlardan ən çox kürdlər ziyan görüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1211 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...