PKK terrorçularının hücumu nəticəsində 8 türk əsgəri şəhid olub

PKK terrorçularının hücumu nəticəsində 8 türk əsgəri şəhid olub


Diyarbəkirdə avqustun 18-də baş vermiş toqquşmalarda həlak olan əsgərlərin sayı isə 4-ə çatıb

Türkiyənin cənub-şərqindəki Siirt vilayəti ərazisində PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi avtomobili partladıblar. APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, Siirt-Pərvari yolunun kənarına daha öncə basdırılmış bombanın partladılması nəticəsində yoldan keçən hərbi avtomobilin içərisindəki 8 əsgər şəhid olub. Hadisədən sonra əraziyə əlavə qüvvələr cəlb olunub və terrorçulara qarşı əməliyyat başlayıb.

Diyarbəkir vilayətinin Licə rayonu ərazisində avqustun 18-də baş vermiş toqquşmalar nəticəsində həlak olan türk əsgərlərinin sayı isə 4-ə çatıb. Beləliklə, iki gün ərzində Türkiyə 12 əsgərini itirib. Əməliyyatlar davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...