Qazaxıstan azad üzən məzənnə siyasətinə keçdi

Qazaxıstan azad üzən məzənnə siyasətinə keçdi


Qazaxıstan yeni pul-kredit siyasətinə keçib. Oxu.az Qazaxıstan KİV-nə istinadla xəbər verir ki, bu barədə hökumət başçısı Kərim Məsimov çümə axşamı hökumətin iclasında bəyan edib.
“Milli bank və hökumət bu ilin avqustun 20-dən inflyasiyanın hədəflənməsi və valyuta dəhlizini ləğv etmək məqsədilə yeni iqtisadi siyasətə keçməklə bağlı qərar qəbul edilib. Təngənin mübadilə məzənnəsinin dəyişməsi dünya iqtisadiyyatında baş verən proseslərdən asılı olacaq”, - o, bəyan edib.

İyulun ortasında Qazaxıstanın milli bankı təngənin mübadilə kursunun dəyişməsi dəhlizini 1 dollar üçün 170-188 təngədən 170-198 təngəyə qədər genişləndirmişdi. Bu xarici konyukturanın pisləşməsi və ən əsası neftin qiymətinin ucuzlaşması ilə motivasiya edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1153 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...