Ukrayna hökuməti 88 siyasətçinin diplomatik pasportunu ləğv edib

Ukrayna hökuməti 88 siyasətçinin diplomatik pasportunu ləğv edib


Ukrayna hökuməti ölkənin keçmiş baş naziri Nikolay Azarov da daxil olmaqla, 88 siyasətçinin diplomatik pasportunu ləğv edib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumatda qeyd olunur ki, həmin şəxslər diplomatik pasportdan istifadə etmək səbəbindən məhrum olduqları üçün pasportları ləğv edilib. Siyahıda Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin mətbuat katibi Anna German, Regionlar Partiyasının keçmiş liderlərindən Aleksandır Yefremov, kölgə hökumətinin naziri Boris Kolesnikov və digərlərinin adları var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1064 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...