Ərdoğan qərar verdi: noyabrın biri seçkidir

Ərdoğan qərar verdi:


Türkiyədə noyabrın 1-də növbədənkənar seçki keçiriləcək. AzVision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, növbədənkənar seçki qərarını belə izah edib:

`Koalision hökumətin qurması üçün parlamentdə çoxluq təşkil edən partiyanın sədrinə vəzifə verdim. Nəticə ala bildilərmi? Xeyr. İndi mətbuatda bildirilir ki, müxalifət partiyasının sədrinə bu vəzifə verilsin. Ana müxalifət partiyasının başında dayana kəs `Beş Təpəyə getməm`, `Beş Təpəni tanımıram` deyirsə, nədən ona bu vəzifəni verim? `Beş Təpəyə` gəlməyəcəyini bəyan edəni nədən yanıma çağırım? Ona görə vaxt itirməyə gərək yoxdur`.

`Hökumətin qurulması üçün nəzərdə tutulan 45 gün tamam olandan sonra Böyük Millət Məclisinin sədri ilə görüşəcəm. Bundan sonra ölkəmizdə növbədənkənar seçki keçirəcəyik`. – Türkiyə prezidenti deyə bəyan edib. Seçki hökuməti ilə bağlı sualı cavablandıran Ərdoğan deyib ki, hökuməti qurmaq vəzifə verəcəyi şəxs lazım gələrsə parlamentdən, ya da ondan kənardan kabineti quracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1118 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...