Netanyahu həbs oluna bilər

Netanyahu həbs oluna bilər

İsrailin baş naziri Benyamin Netanyahu işlədiyi “müharibə cinayətlərinə” görə həbs edilə bilər. ANS PRESS-in məlumatına görə, onun həbsi üçün başladılan petisiyaya dəstək verənlərin sayı 80 min nəfərdən çoxdur. Proqramçı Damian Moran tərəfindan başladılan petisiya İngiltərə parlamentinin internet səhifəsində yerləşdirilib. Son məlumata görə, bu ay start verilən petisiyaya 81 min 544 nəfər dəstək verib.

Petisiyanın məlumat hissəsində yazılıb ki, “Netanyahu sentyabr ayında Londonda İngiltərənin baş naziri Devid Kameronla görüşəcək. Beynəlxalq hüquq müstəvisində Netaniyahunun keçən il 2 min insanın öldürdüyünə və işlədiyi digər müharibə cinayətlərinə görə həbs edilməlidir”. Amma Damian Moranu narahat edən məsələ İngiltərə ilə İsrail arasında isti münasibətlərin olmasıdır. Moran keçən il də İngiltərənin İsrailə satdığı silahlardan Qəzzada isitfadə edildiyini sübüt etmək üçün kampaniya başlatsa da bunun heç bir nəticəsi olmayıb. Moran qorxur ki, indi start verdiyi petisiya da iki ölkə arasında olan yaxşı münasibətlər səbəbindən nəticə verməsin.

İngiltərə parlamentinin internet səhifəsində yerləşdirilən petisiyaya parlamentdən də cavab gəlib. “Beynəlxalq qanunlara görə İngiltərəyə gələn hər bir siyasətçi kimi Benyamin Netanyahu da toxunulmazdır. Keçən il Qəzzada baş verənlər hər birimizi kədərləndirir. Ona görə də İngiltərə baş naziri Devid Kameron Qəzzanın yenidən bərpası üçün addımların atılmasında yaxından iştirak edir”,-deyə İngiltərə parlamentinin cavabında bildirilir. İngiltərə xarici işlər naziliyi isə açıqlamasında petisiyanın mənasız olduğunu və bunu İsraillə münasibətlərə heç bir təsir göstərməyəcəyini bildirib.

Bu İsrail siyasətçilərinin başına gələn ilk hadisə deyil. Bundan əvvəl İsrailin keçmiş xarici işlər naziri Tizipi Livni 2008-ci ildə Qəzzada işlədiyi “müharibə cinayətlərinə” görə həbs edilməsi tələb olunurdu. İngiltərə məhkəməsinin qəraqı ilə həbs olunacağını bilən Tizipi Livni səfərini təxirə salmışdı. İsrailin illərdir ki, blokada da saxladığı Qəzza şəhərində 2014-cü ildə iyul ayında başlatdığı müharibə 51 gün davam edib. Nəticədə 2 min 159 nəfər həyatını itirib, 11 mindən çox insan isə yaralanıb. Şəhərdə müharibə nəticəsində evlərin dağılması 500 min insanın evsiz qalması ilə nəticələnib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...