Türkiyədə yeni hökumətin tərkibi təsqiqləndi
Türkiyədə baş nazirin müavinlərinin vəzifə bölgüsünə dair Nazirlər Kabinetinin sərəncamı rəsmi qəzetin bugünkü sayında dərc olunub.
Avropa.info xəbər verir ki, sərəncama görə baş nazir Əhməd Davudoğlu ilə baş nazir müavinlərinin məsul olduqları qurumlar və onların vəzifələri aşağıdakı kimidir:
Baş nazir Əhməd Davudoğlu;
Milli Təhlükəsizlik Şurası, Milli Kəşfiyyat Təşkilatı, Dini İşlər İdarəsi, Əmlak İdarəsi, Türkiyə İnvestisiya Dəstək və Təqdimat Agentliyi.
Baş nazirin müavini Yalçın Akdoğan;
Vəzifəsi: Türkiyə Böyük Millət Məclisi ilə əlaqələr və diplomatiya ilə bağlı işlərin aparılması.
Təşkilatlar: Mətbuat-Yayım və İnformasiya İdarəsi, Türkiyə Radio-Televiziya İdarəsi, Anadolu Agentliyi, Radio və Televiziya Yüksək Qurumu, Tanıtma Fondu Şurası.
Baş nazirin müavini Numan Kurtulmuş;
Vəzifəsi: hökumət sözçüsü, insan hüquqları ilə bağlı təşkilatlar və insan hüquqları ilə bağlı mövzularda koordinasiya.
Təşkilatlar: Vəqflər İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Təbii Fəlakətlər və Təcili Yardım İdarəsi, Türkiyə-İnsan Hüquqları Təşkilatı.
Baş nazirin müavini Cövdət Yılmaz;
Vəzifəsi: İqtisadi mövzularda ümumi koordinasiya.
Təşkilatlar: Maliyə Müşavirliyi, Mərkəz Bank, “Ziraat” Bankı, Türkiyə Xalq Bankı, Türkiyə İnkişaf Bankı, Türkiyə İxracat Kredit Bankı, Türkiyə Vəqflər Bankı, Sərmayə Bazarı Şurası, Bank Tənzimləmə və Nəzarət Təşkilatı.
Baş nazirin müavini İldırım Tuğrul Türkeş:
Vəzifəsi: Dövlət Şurası ilə əlaqələr, Milli Təhlükəsizlik İdarəsinin tövsiyə, qərar və görüşlərinin dəyərləndirilməsi üçün Nazirlər Kabinetinə təqdim edilməsi və Nazirlər Kabinetində təsdiq ediləcəyi halda tövsiyə və qərarların icrasının nəzarəti və monitorinqi, Kipr ilə əlaqədar koordinasiya işləri və Mədəniyyətlər İttifaqı Layihəsinin davam etdirilməsi.
Təşkilatlar: Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək İdarəsi, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsi.
1129 dəfə oxundu