Türkiyə Ukraynada “Bayraktar” istehsal edəcək zavod tikəcək

Türkiyə Ukraynada “Bayraktar” istehsal edəcək zavod tikəcək
“Türkiyə ilə Ukrayna arasında “Bayraktar” pilotsuz uçuşı aparatının istehsalını nəzərdə tutan zavodun tikilməsi ilə bağlı çərçivə müqaviləsi imzalanacaq”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznik fevralın 3-də Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müqaviləni bu gün imzalayacaq və sonra ratifikasiya üçün Ali Radaya təqdim ediləcək: “Bu gün çərçivə razılaşmalar da planlaşdırılıb. Dünən hökumətlər Türkiyə və Ukraynanın yüksək hərbi texnologiyalar sahəsində əməkdaşlığına dair razılaşmanın mətnini bəyəniblər”.

Nazir qeyd edib ki, PUA-ların idarə edilməsi üçün təlim mərkəzi yaradılacaq: “Bayraktar” istehsal edən Türkiyə şirkətinin qərarına əsasən, dronların növbəti nəslində Ukraynanın “Motor-Siçi” mühərrikindən istifadə olunacaq”.

Qeyd edək ki, 2021-ci il sentyabrın 29-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müdafiə Nazirliyi ilə Türkiyənin “Bayraktar Savunma” şirkəti arasında memorandumu təsdiqləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...