Gürcüstanın üç müxalif deputatının mandatı ləğv olunur
Gürcüstan parlamentinin üç müxalif deputatı – “Leyboristlər” Partiyasının sədri Şalva Natelaşvili, “Droa” Partiyasının lideri Elene Xoştariya və “Gürcüstan üçün Lelo” Partiyasının lideri Badri Caparidzenin mandatları vaxtından əvvəl dayandırıla bilər.
“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın Prosedur məsələlər üzrə Komitəsi məsələ ilə bağlı müsbət rəy verib.
Komitənin qərarı gələn həftə parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq və səsverməyə qoyulacaq.
Əgər parlament üç müxalif deputatın səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edərsə, qanunverici orqanda deputatların sayı 150-dən 145-dək azalacaq. Belə ki, E.Xoştariya, Ş.Natelaşvili və B.Caparizde partiya siyahılarını ləğv ediblər.
Qeyd edək ki, E.Xoştariya və Ş.Natelaşvili mantdalarından parlamnetin işində sistematik olaraq iştirak etmədiklərinə görə məhrum olunurlar. B.Caparidze ilə bağlı səbəb isə məhkəmə qərarı ilə əlaqəlidir. Belə ki, o, TBC Bankın digər təsisçisi Mamuka Xazaradze ilə birgə dələduzluq faktı üzrə təqsirli bilinib.
679 dəfə oxundu