Poroşenko Putinin siyasi sığınacaqla bağlı təklifinə cavab verib

Poroşenko Putinin siyasi sığınacaqla bağlı təklifinə cavab verib
Ukraynanın eks-prezidenti, Ali Radanın deputatı Petro Poroşenko Rusiya Prezidentinin ona siyasi sığıancaq verilə biləcəyi ilə bağlı təklifinə cavab verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Poroşenko barəsində açılan cinayət işini hazırkı Prezident Vladimir Zelenskinin “Putinə hədiyyəsi” kimi xarakterizə edib.

O, Zelenskini ölkəni birləşdirməyə səsləyin, eyni zamanda Putinin humanitar məqsədlərlə ona siyasi sığınacaq vermək təklifinə yox cavabı verib.

“Vladimir Vladimiroviç nəhayət anlamalıdır ki, biz Ukraynada öz məsələlərimizi özümüz həll edəcəyik. Və Rusiyanın Ukrayna və ukraynalı siyasətçilər barədə ənənəvi qayğıları çoxdan bitib. Bu ənənəyə mən Ukrayna Prezidenti seçilən gündən son qoyulub”, - deyə Poroşenko deyib.

Xatırladaq ki, Putin Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı Rusiyanın Poroşenkoya humanitar məqsədlərlə siyasi sığınacaq verə biləcəklərini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...