"Vaksinlər sayəsində xəstəliyi yüngül keçirdim" - Ərdoğan
“Xəstəliyi yüngül keçirdim. Təbii ki, burada vaksinin də faydası oldu. Mən iki “Sinovac”, üç “BioNTech” vaksini vurdurmuşam”.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Peyvəndlərin sayəsində xəstəliyi rahat şəkildə və qısa zamanda geridə qoydum. Evimdə milli, beynəlxalq məsələlərlə bağlı işlərimi davam etdirdim. Ankarada yoldaşlarımla bir yerdə ola bilmədim. Amma İstanbuldan videokonfrans şəklində tez-tez əlaqədə olurdum”, - dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, həyat yoldaşı Əminə Ərdoğanın xəstəliyi hələ ki keçməyib: “Onda məndən bir gün sonra simptomlar ortaya çıxmağa başladı. Amma xəstəliyi hələ ki keçməyib. Ümid edirəm ki, bazar ertəsinədək sağalar. Çünki səfərlərə birgə çıxmalıyıq. O məni yalnız buraxmaz. Mənimlə olmalıdır. Rəbbim ona şəfalar versin”.
Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu. Türkiyə Prezidentinin ötən gün verdiyi test mənfi çıxıb. O, bu gündən özünütəcriddən çıxıb.
932 dəfə oxundu