Gürcüstanda üçüncü hərbçi ölü tapılıb

Gürcüstanda üçüncü hərbçi ölü tapılıb
Gürcüstanın Acarıstan bölgəsinin Kobuleti rayonunda meşədə asılı vəziyyətdə kişi meyiti aşkarlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisənin bu yaxınlarda baş verdiyi bildirilib. Meyitin 32 yaşlı hərbçi Mövlud Bendelianiyə məxsus olduğu müəyyən edilib.

Hərbi qulluqçunun yaxınları onun sui-qəsd etdiyinə inanmırlar. Onlar faktla bağlı təxirəsalınmaz istintaqın aparılmasını tələb ediblər.

M.Bendeliani 2008-ci ilin avqust müharibəsinin iştirakçısı olub. O, Əfqanıstanda sülhməramlı missiyada da xidmət edib.

Qeyd edək ki, bu, son günlərdə Gürcüstanda hərbçi ölümü ilə bağlı qeydə alınmış artıq üçüncü faktdır. Ötən gün Müdafiə Qüvvələrinin 45 yaşlı zabiti Şalva Tabatadze Qori bələdiyyəsinin Ortaşeni kəndində ölü tapılıb. Müdafiə Qüvvələrinin kapralı 31 yaşlı David Turkadze isə fevralın 9-da Rustavi şəhərində yanacaqdoldurma məntəqəsində saxladığı maşınında ölmüş halda tapılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1084 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...