Rusiya 5 ukraynalı hərbçinin öldürüldüyünü açıqlayıb, Ukrayna isə təkzib edir

Rusiya 5 ukraynalı hərbçinin öldürüldüyünü açıqlayıb,
Ukrayna ərazisindən bir qrup şəxs tərəfindən Rusiya Federasiyasının dövlət sərhədini pozmağa cəhd edilib.

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 21 fevral 2022-ci il tarixində, Moskva vaxtı ilə saat 06:00 radələrində, Rostov vilayətinin Mityakinskaya qəsəbəsi ərazisində, Rusiya Federasiyasının Ukrayna Respublikası ilə dövlət sərhədinin kəsişməsində toqquşma baş verib. Nəticədə 5 ukraynalı hərbçi öldürülüb.

Qeyd olunub ki, Rusiya Federasiyasının hərbçiləri və FTX-nin sərhəd qoşunlarından xəsarət alan olmayıb.

Ukrayna tərəfi isə Rusiyanın yaydığı bu məlumatı təkzib edərək həmin ərazidə hərbçilərinin olmadığını bəyan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...