Böyük Britaniya limanlarını Rusiya gəmiləri üçün bağlaya bilər

Böyük Britaniya limanlarını Rusiya gəmiləri üçün bağlaya bilər
Böyük Britaniya hökuməti Rusiya gəmilərinin limanlarına çıxışının məhdudlaşdırılması imkanını nəzərdən keçirir.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

“Rusiya gəmilərinin Böyük Britaniya limanlarına yan alması ilə bağlı narahatlıqdan xəbərdarıq. Bu gəmilərə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərin görülməsi üzərində təcili iş aparırıq”, - nəşr Böyük Britaniya hökumətinin rəsmi nümayəndəsinə istinadən yazıb.

“İndi bu məsələni Şotlandiya hökuməti ilə müzakirə edirik. Nəzərdən keçirilən sanksiyalar Böyük Britaniya hökumətinin hazırladığı daha geniş sanksiyalar paketinin bir hissəsidir”, - hökumət nümayəndəsi bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
560 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...