Rusiyanın həbs qoyulan qızıl ehtiyatları Ukraynaya verilə bilər

Rusiyanın həbs qoyulan qızıl ehtiyatları Ukraynaya verilə bilər
Ukrayna İqtisadiyyat Nazirliyi Rusiyanın hərbi müdaxiləsindən çəkdikləri zərəri qarşılamaq üçün bu ölkənin həbs qoyulmuş qızıl və valyuta ehtiyatlarını əldə etmək üçün yollar axtarır.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Denis Kudin telekörpü zamanı bildirib.

“Rusiya Mərkəzi Bankına məxsus 415 milyard dollar məbləğindəki qızıl və valyuta ehtiyatlarına Qərb hökumətləri tərəfindən həbs qoyulub. Bu vəsait birbaşa itkilərimizi qarşılamaq üçün kifayətdir. Həmin vəsaitlərin təzminat və bərpa işləri üçün Ukraynaya gətirilməsi üçün yaxın vaxtlarda başqa ölkələrin hökumətlərilə birgə müvafiq hüquqi mexanizm tapa biləcəyimizə inanırıq” – deyə o qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1674 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...