Ramazan ayının başlama vaxtı açıqlanıb

  Ramazan ayının başlama vaxtı açıqlanıb
Aprelin 2-si Ramazan ayının ilk günüdür.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.
"Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir" - o qeyd edib.
QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.
"Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır" - o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...