Rusiyalı hərbçilər Çernobılda radiasiyaya məruz qalıblar? - FOTOLAR

Rusiyalı hərbçilər Çernobılda radiasiyaya məruz qalıblar? -

“Çernobıl zonasında rusiyalı əsgərlərin şüalanmaya məruz qalması ilə bağlı heç bir məlumat yoxdur”.

BBC-nin məlumatına görə, bu barədə sosial şəbəkələrdə və mətbuatda yayılan iddialara cavab verən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.

“MAQATE hazırda Rusiya hərbçilərinin Çernobılın qadağa zonasında olarkən yüksək dozada radiasiyaya məruz qalması ilə bağlı xəbərləri təsdiq etmək imkanına malik deyil. Agentlik vəziyyəti müstəqil qiymətləndirmək üçün əlavə məlumat tapmağa çalışır”, - deyə agentliyin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, son dörd gündə sosial şəbəkələrdə və mətbuatda onlarla rusiyalı əsgərin Çernobıl Atom Elektrik Stansiyasının ərazisində, xüsusən də stansiyanın yaxınlığındakı məşhur “Rıjiy les” meşəsi ətrafında infeksiya ocaqlarında radiasiyaya məruz qalması ilə bağlı iddialar yayılıb. Bununla belə, dəqiq sübutlar hələ mövcud deyil.

Stansiya əməkdaşlarının “Reuters”ə verdiyi məlumata görə, rusiyalı hərbçilər Çernobıl Atom Elektrik Stansiyasının ələ keçirilməsi zamanı ərazidəki radioaktiv toz səbəbindən daxili şüalanmaya məruz qala bilərdilər.

Fevralın 24-də Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirən Rusiya hərbçiləri zirehli texnikalarla “Rıjiy les”in yüksək zəhərli zonasından keçərkən radioaktiv toz buludlarını qaldırıblar. Onlar bir dənə də olsun radiasiya əleyhinə avadanlıq istifadə etməyiblər. AES işçiləri bunun rusiyalı hərbçilər üçün “intihar” olduğunu bildiriblər, çünki onların nəfəs aldıqları radioaktiv toz, çox güman ki, bədənlərini daxili radiasiyaya məruz qoyub.

Fevralın 25-də Ukrayna Dövlət Nüvə Müfəttişliyi Çernobıl AES-də radiasiya səviyyəsinin artdığını bildirib.


Rusiyalı hərbçilər Çernobılda radiasiyaya məruz qalıblar? -
Rusiyalı hərbçilər Çernobılda radiasiyaya məruz qalıblar? -
Rusiyalı hərbçilər Çernobılda radiasiyaya məruz qalıblar? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1581 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...