Ukrayna MN Rusiya ərazisinə aviasiya zərbəsi endirilməsini təkzib edib

Ukrayna MN Rusiya ərazisinə aviasiya zərbəsi endirilməsini təkzib edib

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Belqorod vilayəti ərazisinə aviasiya zərbəsi endirilməsini təkzib edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın “Seqodnya” saytı məlumat yayıb.

“Biz şübhələnirik ki, Belqoroddakı neft bazasında partlayış Rusiya hərbçilərinin məsuliyyətsizliyi, yaxud korrupsiya faktını gizlətmək səbəbi ilə baş verib”, - Müdafiə Nazirliyidəki mənbə açıqlama verib.

Qeyd edək ki, Rusiya tərəfi Ukraynanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirdiyini açıqlayıb. Nəticədə neft anbarındakı çənlərdə yanğın baş verdiyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2242 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...