"Silahı yerə qoyun, sizə sığınacaq verək" - Aİ-dən Rusiya hərbçilərinə TƏKLİF
Avropa İttifaqı Şurasının Prezidenti Rusiya əsgərlərinə “silahı yerə qoyun” çağırışı edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Şarl Mişel Avropa parlamentindəki çıxışında silahı yerə qoyan rus hərbçilərə sığınacaq verəcəklərini vəd edib:
“Rus hərbçilərə çağırış edirəm. Silahı yerə qoyun, döyüş meydanını tərk edin. Cinayətkar olmaq istəmirsinizsə bunu edin.Sizə sığınacaq verməyə hazırıq”.
Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 42-ci günüdür. Avropa İttifaqı Ukraynadakı müharibəni dayandırması üçün Rusiyaya 5 sanksiya paketi tətbiq edib. Beşinci sanksiya paketi ötən gün təsdiqlənib.
Paketə daxil olan qadağalar bunlardır:
– Rusiyadan ildə 4 milyard avro məbləğində kömür idxalına qadağa;
– Rusiyanın dörd əsas bankının, o cümlədən VTB-nin əməliyyatlarına qadağa;
– Rusiya gəmilərinin Aİ limanlarına girişinə qadağa;
– 10 milyard avro məbləğində yarımkeçiricilərin, maşın və nəqliyyat avadanlıqlarının Rusiya Federasiyasına ixracına qadağa;
– 5,5 milyard avro məbləğində Rusiya mallarının idxalına qadağa;
– Rusiya şirkətlərinin Aİ-də dövlət satınalmalarında iştirakına qadağa və Rusiya dövlət orqanlarına hər hansı maliyyə dəstəyinin istisna edilməsi.
492 dəfə oxundu