Böyük Britaniya Rusiyadan çuqun və polad idxalını dayandırır

Böyük Britaniya Rusiyadan çuqun və polad idxalını dayandırır
Böyük Britaniya hökuməti sabahdan Rusiyadan çuqun və polad idxalına icazə verməyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Liz Trass məlumat verib.

Onun sözlərinə görə, aprelin 14-dən Rusiyaya bu ölkənin böyük ehtiyac duyduğu kvant texnologiyasının və qabaqcıl materialların ixracına da qadağa qoyulacaq. Qadağalarla bağlı Böyük Britanya parlamentinə müvafiq təkliflər təqdim ediləcək.

Xatırladaq ki, Böyük Britaniya həm də Ukraynaya yeni maliyyə və hərbi yardım paketi hazırlayır. Birləşmiş Krallıq bu ölkəyə 120 zirehli texnika və yeni gəmi əleyhinə raket kompleksi göndərməyi planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...