"Təslim olsaydım, minlərlə insanın həyatını xilas edə bilərdim"

  "Təslim olsaydım, minlərlə insanın həyatını xilas edə bilərdim"
Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, o, həm 44 günlük müharibəyə, həm də məğlubiyyətə görə günahını və məsuliyyətini etiraf edir, lakin müxalifətin əraziləri təslim etmək və xəyanətlə bağlı ittihamlarını tanımır.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan bunu Hökumət Proqramının icrasının gedişi və nəticələrinə dair hesabatın müzakirəsi zamanı bildirib.
“Bu yaxınlarda müsahibəmdə eyham vurdum ki, əgər mənə qarşı obyektiv ittiham irəli sürmək istəyirlərsə, məni əraziləri təslim etməkdə deyil, onları təslim etməməkdə ittiham etsinlər. İndi etiraf etmək istəyirəm: yəqin mənim günahımdır ki, 2018-2019-cu illərdə hamıya deməmişəm, bir daha deyirəm, bütün dostlarımız bizdən yeddi rayonu bu və ya digər konfiqurasiyada Azərbaycana təhvil verəcəyimizi gözləyirdilər. Mən günahkaram ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bizdən də eyni etirafı gözləyir? Əgər təslim olsaydım, minlərlə insanın həyatını xilas edə bilərdim və təslim olmamaqla, minlərlə qurbana səbəb olan qərarların müəllifi oldum”, - Nikol Paşinyan bildirib.
Paşinyan vurğulayıb ki, o, bütün bunları gələcəklə bağlı söhbətə başlamaq üçün deyir:
“Beynəlxalq ictimaiyyət açıq şəkildə bildirir ki, dünyada Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə ölkə olmaq Ermənistan üçün təhlükəlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1808 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...