Ermənistan Rusiyaya qazpulunu rublla ödəyir

Ermənistan Rusiyaya qazpulunu rublla ödəyir

Ermənistan Rusiya qazına görə ödənişləri rublla həyata keçirir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “RBK”yə Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan məlumat verib.

“Mən bildiyimə görə, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə”, - nazir bildirib.

Vahan Kerobyan həmçinin qeyd edib ki, qiymətlər dollarla olur, lakin ödəniş rublla həyata keçirilir.

“Həqiqətən də, artıq bir neçə ildir ki, Ermənistana qaz tədarükü ilə bağlı “Qazprom” müqaviləsi qazın pulunu rublla ödəməyə imkan verir və bu imkandan istifadə olunur”, - “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov “RBK”yə bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə aprelin 1-dən təbii qaza görə yeni ödəniş sistemi tətbiq edib - alıcılar tədarük haqqını ödəmək üçün Rusiya banklarında rubl hesabları açmalıdırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...