Rusiyalı nazirin çıxışı zamanı rəsmilər zalı tərk etdi

Rusiyalı nazirin çıxışı zamanı rəsmilər zalı tərk etdi
Rusiyanın maliyyə naziri Anton Siluanovun Vaşinqtonda keçirilən G20 toplantısında çıxışı zamanı ABŞ-ın maliyyə naziri Canet Yellen və Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard zalı tərk ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə üç mənbəyə istinadən “Washington Post” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, müxtəlif ölkələrin, o cümlədən ABŞ və Ukraynanın bir neçə yüksək rütbəli məmuru bir anda zalı tərk edib.
Yellen və Laqarddan başqa, ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell və Kanada baş nazirinin müavini Kristia Friland da zalı tərk edənlər arasında olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...