"Rusiya müharibəni Ukraynadan kənara çıxara bilər" Britaniyanın müdafiə naziri

"Rusiya müharibəni Ukraynadan kənara çıxara bilər"
"Rusiya müharibəni Ukraynadan kənara da çıxara bilər".

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

“Putin çarəsiz halda müharibəni Moldovanın Dnestryanı bölgəsinə qədər genişləndirməyə çalışır. Biz Dnestryanıdakı hücumların təfərrüatını və onların arxasında kimin dayandığını hələ bilmirik. Lakin əgər bu, Rusiyadırsa, deməli, o, strateji səhv edib”, - o bildirib.

Nazir söyləyib ki, müttəfiqlər rus qoşunlarının Ukraynadan çıxarılmasına kömək etməlidirlər.

B.Uolles həmçinin vurğulayıb ki, London Ukraynanın işğal olunmuş Krımı qaytarmaq təşəbbüslərini dəstəkləyə bilər. Lakin bunun üçün əvvəlcə Rusiya fevralın 24-dək olan mövqelərinə qayıtmalıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1613 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...