"Ukraynada müharibənin dönüş nöqtəsi mayda olacaq" - "The Guardian"

"Ukraynada müharibənin dönüş nöqtəsi mayda olacaq" -
"Ukraynada müharibənin dönüş anı mayda olacaq".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “The Guraian”ın məqaləsində bildirilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri hazırda irimiqyaslı əks-hücuma keçmək qabiliyyətinə malik deyil: “Ukraynada müharibənin dönüşü gələn ay (may ayını nəzərdə tutur - “Report”) Qərb silahlarının sonuncu dalğası ölkəyə gəldikdən, o cümlədən ABŞ qaubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək” .

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Qərbdən güclü silahlar alacaqlarını və bundan sonra ölkə ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaqlarını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...