İranda casusluqda ittiham olunan akademik edam ediləcək
İranda İsrail adına casusluqda ittiham olunan ikili İran-İsveç vətəndaşı akademik Əhməd Rza Cəlalinin bu ay edam ediləcəyi açıqlanıb.
"Unikal" xəbər verir ki, İSNA xəbər agentliyi həkimi Cəlalinin mayın 21-dək edam ediləcəyini yazıb.
İranlı nüvə fiziklərinin sui-qəsdləri ilə bağlı İsrail kəşfiyyatına məlumat sızdırdığı iddia edilən Cəlali 2016-cı ildə akademik səfər üçün getdiyi İranda həbs edilib. İsveç daha əvvəl Cəlalinin ölüm hökmünü pisləmişdi.
Digər tərəfdən, Celali üçün uzun müddətdir təxirə salınan edam hökmünün İsveçdə "beynəlxalq müharibə cinayətləri" ilə mühakimə olunan keçmiş İran ədliyyə məmuru Həmid Nurinin ömürlük həbs tələbindən sonra gəlməsi diqqət çəkib.
Ölüm hökmlərinin sürətlə artdığı İranda son vaxtlar xüsusilə ikili vətəndaşlığı olan bir çox insan casusluq ittihamı ilə həbs edilib. İnsan haqları təşkilatları İranı həbsdə olan bu insanlardan diplomatik üstünlük əldə etmək üçün şantaj materialı kimi istifadə etməkdə ittiham edir. Bu yaxınlarda İran ölkədə saxlanılan bəzi əcnəbiləri və ikili vətəndaşları xaricdə saxlanılan iranlılarla dəyişdirib.
2180 dəfə oxundu