Kreml “Azovtsal”da mühasirədə qalanlarla bağlı Putinin mövqeyini açıqlayıb

Kreml “Azovtsal”da mühasirədə qalanlarla bağlı Putinin mövqeyini açıqlayıb

Rusiya Federasiyası “Azovstal”da mühasirədə qalanlarla bağlı Prezident Vladimir Putinin əmrinə əsasən addımlar atır.

APA xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini İrina Vereşçukun Kiyevin zavoddan evakuasiya ilə bağlı sənəd imzalamaq istəyi ilə bağlı bəyanatlarını jurnalistlərə şərh edərkən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz prezidentimizin bütün mülki şəxslərin zavodun ərazisini tərk edə bilməsi və bu ərazini istədikləri istiqamətdə tərk edə bilməsi ilə bağlı sözlərinə əsaslanırıq ki, bu da edilib. Hərbçilərə gəlincə, onlar da silahlarını yerə qoyaraq çıxa bilərlər, onlara müvafiq münasibət göstəriləcək, bütün yaralılara lazımi tibbi yardım göstəriləcək”, - Peskov vurğulayıb.

O əlavə edib ki, bu, Prezidentin sözləri, Ali Baş Komandanın əmridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...