Bu ölkədə Ukraynaya "Bayraktar" almaq üçün 5 milyon toplanıb
Litvalılar Ukrayna əsgərləri üçün "Bayraktar" pilotsuz uçan aparatların alınması üçün 3,5 gündə 5 milyon avro toplayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Laisves TV” xəbər kanalının feysbuk səhifəsində məlumat verilib.
"Biz bunu etdik! Yəqin ki, ilk dəfədir ki, bir dövlətin vətəndaşları belə ağır silahları alıb başqa dövlətə bağışlaya bilər. "Bayraktar"ın hesabında artıq 5 milyon avro var. Bu möhtəşəm aksiyada əməyi keçən hər kəsə təşəkkür edirik! Hər avronuz müharibənin dayandırılmasına töhfə və Ukraynaya kömək əlidir”, - bəyanatda deyilir.
Pul yığımı mayın 25-də elan edilib. Aksiyanın təşəbbüskarı litvalı jurnalist Andrius Tapinasdır.
Jurnalist qeyd edib ki, pul yığmağa başlamazdan əvvəl Litva və Türkiyə müdafiə nazirliklərindən razılıq alıb. Tapinas üç həftə ərzində 5 milyon avro qazanmağı qarşısına məqsəd qoymuşdu.
Mayın 28-də pul yığımının yekun yayımı baş tutub. Artıq bu yayım zamanı Tapinas lazımi miqdarda pulun yığıldığını açıqlayıb.
515 dəfə oxundu