Rusiya hərbçilərinə “çiyələk” tələsi - VİDEO

Rusiya hərbçilərinə “çiyələk” tələsi -
Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya hərbçilərini aşkarlamaq üçün maraqlı üsula əl atıblar.

Bu barədə Baku TV-nin Ukraynadakı əməkdaşı Mübariz Aslanov məlumat verib.

Qeyd edilib ki, polislər şübhələndikləri adamların ukraynalı olmadıqlarını müəyyənləşdirmək üçün onlardan çiyələk sözünü Ukrayna dilində səsləndirmələrini istəyirlər.

“Həmin dildə bu söz çox çətin tələffüz olunur. Ona görə də ancaq ukraynalılar çiyələk sözünü düzgün səsləndirirlər”, - deyə əlavə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...