Hind siyasətçi Məhəmməd peyğəmbəri təhqir etdi: “Əl-Qaidə” hərəkətə keçdi

Hind siyasətçi Məhəmməd peyğəmbəri təhqir etdi: “Əl-Qaidə” hərəkətə keçdi

“Hakim partiyanın keçmiş üzvünün Məhəmməd peyğəmbər haqqında söylədiyi sözlərdən sonra “Əl-Qaidə” terror qruplaşması Hindistan hakimiyyətini ölkədə terror aktları törətməklə hədələyib”.

Yenisabah.az “Zee News”a istinadla xəbər verir ki, qrup Dehli, Mumbay, həmçinin, Uttar-Pradeş və Hucarat ştatlarında kamikadze partlayışları törətməklə hədələyib.

Xatırladaq ki, Hindistanın hakim “Bharatiya Janata” Partiyasının keçmiş üzvü Nipur Şarma ötən həftə milli televiziyada debat zamanı İslam və Məhəmməd peyğəmbər haqqında bir sıra fikirlər səsləndirib.

Nəşr vurğulayır ki, onun bu sözləri İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra müsəlman ölkələri ilə diplomatik qalmaqala səbəb olub:

“Onlar müsəlmanlara qarşı ritorikanı pisləyiblər və bir sıra ölkələr etiraz etmək üçün Hindistan səfirlərini XİN-ə çağırıb. Öz növbəsində Hindistan hökuməti və “Bharatiya Janata” Partiyası məsələ ilə bağlı heç bir açıqlama verməyib. Daha sonra Şarmanın istefa verdiyi və partiyadan xaric edildiyi haqqında qısa bir bəyanat yayımlanıb.

Bir gün əvvəl Dehli polisi Şarma və ailəsini Məhəmməd peyğəmbər haqqında söylədiyi sözlərdən sonra ona qarşı edilən təhdidlərə görə nəzarətə götürüb. Polis Şarmanın aldığı təhdidlərlə bağlı üç cinayət işi də açıb. Həmçinin, Hindistanın Maharaştra ştatının polisi artıq Şarmaya qarşı cinayət işi açıb və onu ifadə vermək üçün iyunun 22-də müstəntiqin yanına çağırıb”, - deyə qəzet qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
737 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...