Ukrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblər

Ukrayna və Rusiya 100 hərbçinin meyitini dəyişiblər

Ukraynanın Zaporojye vilayətində cəbhə xəttində ölən hərbçilərin meyitləri Ukrayna ilə Rusiya arasında “50-nin 50-yə” prinsipi ilə dəyişdirilib.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 50 nəfərdən 37-si Mariupolun 3 aya yaxın mühasirədə qalan “Azovstal” polad zavodunu müdafiə edən hərbçilər olub.

“Ölən Ukrayna hərbçilərinin nəşlərinin qaytarılması prosesi davam edir”, - qurum vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
951 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...