Zelenski məşhur milyarderin oğlunu Ukraynaya kömək etməyə çağırıb

Zelenski məşhur milyarderin oğlunu Ukraynaya kömək etməyə çağırıb
Ukrayna Prezidenti Vladimir Zelenski məşhur milyarder Uorren Baffetin oğlu, iş adamı Hovard Baffet ilə görüşüb.

APA xəbər verir ki, ukraynalı lider bu barədə “Telegram” kanalında məlumat yayıb.

Zelenskinin sözlərinə görə, onlar Ukrayna üçün dəyərli olacaq yardımı müzakirə ediblər.

Bundan əlavə, Ukrayna Prezidenti Baffeti Odessa vilayətində suvarma sistemlərinin bərpası, ukraynalılara dəstək, minaların təmizlənməsi layihələrində iştirak etməyə dəvət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...