Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 9,5%-ə endirib
Rusiya Mərkəzi Bankının Direktorlar Şurası uçot dərəcəsinin 11%-dən 9,5%-ə qədər azaldılması ilə bağlı qərar verib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurumun məlumatında deyilir.
Qeyd olunur ki, Rusiya iqtisadiyyatı üçün xarici şərtlər çətin olaraq qalır və bu, iqtisadi fəallığı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. “Eyni zamanda, inflyasiyanın yavaşlaması daha sürətlə baş verir və iqtisadi fəallığın azalması Rusiya Mərkəzi Bankının aprel ayındakı gözləntilərindən daha aşağıdır”.
Bildirilib ki, Mərkəzi Bank növbəti iclaslarda uçot dərəcəsinin yenidən azaldılmasının mümkünlüyünü qiymətləndirəcək. Bankın proqnozlarına əsasən, həyata keçirilən pul-kredit siyasəti nəzərə alınaraq, 2022-ci ildə illik inflyasiya 14,0-17,0% təşkil edəcək. Amma 2023-cü ildə illik inflyasiya 5-7% azalacaq və 2024-cü ildə 4%-lik göstəriciyə qayıdacaq.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankının Direktorlar Şurasının uçot dərəcəsinə dair növbəti iclası iyulun 22-nə təyin edilib.
1135 dəfə oxundu