Ermənistan bu müsəlman dövləti ilə qardaşlaşdı

Ermənistan bu müsəlman dövləti ilə qardaşlaşdı

Dohada rəsmi səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Qətər Dövlətinin baş naziri, daxili işlər naziri Şeyx Xalid Bin Xəlifə Bin Əbdüləziz Al Tani ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz əl Tani bu səfərin nəticələrindən sonra Ermənistan və Qətər hökumətləri arasında əməkdaşlığın yeni səviyyəyə qalxacağına əminliyini ifadə edib. Öz növbəsində Paşinyan qeyd edib ki, Ermənistan və Qətər arasında siyasi dialoq yüksək səviyyədədir, ona görə də ikitərəfli iqtisadi əlaqələrin inkişafına və genişlənməsinə yeni təkan vermək lazımdır. Baş nazir işgüzar əlaqələrin inkişafı və dərinləşdirilməsinin vacibliyini vurğulayıb, erməni tərəfdaşlarla birgə investisiya proqramlarının imkanları və perspektivlərini müzakirə etmək üçün Qətərin işgüzar dairələrinin nümayəndələrini Ermənistana dəvət edib.

Nikol Paşinyan və Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz əl Tani iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün nəticəsi olaraq Qətər Ermənistanın baş nazirlərinin iştirakı ilə iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılmasına dair anlaşma memorandumu imzalanıb.

İrəvan meri Hraçya Sarkisyan və Qətərin bələdiyyə və şəhərsalma naziri Abdulla bin Əbdüləziz Əl-Subeihi İrəvan və Dohanın qardaş şəhər elan edilməsi haqqında saziş imzalayıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1111 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...