Rusiya Avropaya qaz nəqlini kəskin azaltdı – Qiymətlər qalxdı
Rusiyanın “Qazprom” şirkəti “Şimal Axını-1” kəməri ilə Almaniyaya qaz nəqlini kəskin şəkildə azaldıb. Şirkətin yaydığı məlumata əsasən buna səbəb “Siemens” şirkətinin təmirdə olan qazvuran aqreqatları vaxtsız qaytarması, həmçinin mühərriklərdə aşkarlanan texniki problemlərdir. Bu səbəblər üzündən kəmərə qaz vuran “Liman” kompressor stansiyasında yalnız 3 aqreqat işləyir.
“Qazprom” bəyan edib ki, qeyd olunan problemlər üzündən kəmərlə gündəlik neft nəqli 167 milyon kubmetrdən 100 milyon kubmetrə qədər azalıb.
Qeyd edək ki, kəmərin sahibi olan “Nord Stream AG” şirkəti iyulun 11-21-də illik texniki ekspertizaya görə kəmərlə qaz nəqlinin tamamilə dayandırılacağını elan etmişdi. Almaniyanın tənzimləyici qurumu isə anbarların 54,22 faiz qazla doldurulduğunu, kəmərlə nəqlin dayanması nəticəsində anbarlara vurulacaq həcmlərin azalacağını bildirmişdi.
“Şimal Axını-1”lə qaz nəqlinin azalması xəbərindən sonra Avropada qaz qiymətləri 3 faiz bahalaşıb.
Maraqlıdır ki, son aylarda Avropa Birliyi yeraltı anbarların doldurulmasını sürətləndirərək, 55 faizə yaxın dolumluluğa nail olub. “Qazprom”un Avropaya qaz nəqlini azaltmasının arxasında anbarların doldurulması planına mane olmaq cəhdinin dayanması istisna edilmir. Avropa qəbul edilən plana uyğun olaraq yeraltı anbarları 1 oktyabra qədər 80 faiz doldura bilərsə, bu, qitənin qış aylarında Rusiyadan asılılığının minimuma enməsi demək olar. Böyük ehtimalla, Rusiya buna yol verməmək üçün Avropaya qaz nəqlini indidən azaltmağa qərar verib.
1221 dəfə oxundu