Azər Badamov: “Mühacirləri döymək dövlətimiz üçün o qədər də əhəmiyyətli məsələ deyil”

Azər Badamov: “Mühacirləri döymək dövlətimiz üçün o qədər də əhəmiyyətli məsələ deyil”
“Mühacirlərlə bağlı səsləndirilən fikirləri həqiqətə uyğun hesab etmirəm. Çünki mühacirləri döymək, onlara hər hansı təsir göstərmək dövlətimiz üçün o qədər də əhəmiyyətli, maraqlı deyil. Azərbaycan demokratik respublikadır. Hər bir insanın fikrinə, əqidəsinə, söz azadlığına hörmətlə yanaşılır. Səsləndirilən fikirlər də mühacirlərin özlərinin fikirləridir. Mühacirətdə oturub dövlətə qarşı düşmənçilik etmək düzgün deyil. Bu, azərbaycanlıya yaraşmayan haldır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, dövlətin mühacirlərə hər hansı təzyiq göstərməsi əsası olmayan məsələdir: “Hesab etmirəm ki, kimsə məcburən ölkəmizə gətirilsin. Xaricdə oturub dövlətə qarşı ləkəyaxma kampaniyasının aparılması, təhqir xarakterli çıxışlar edilməsi bu gün Azərbaycanın qazandığı böyük nüfuza kölgə salmaq istəyən düşmənlərin məqsədlərinə xidmət etmək sayılır. Bu, ölkəmizə, dövlətimizə, xalqımıza qarşı düşmənçilikdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...