Aİ Ukraynaya 9,5 milyard dollarlıq kredit paketini yekunlaşdırıb

Aİ Ukraynaya 9,5 milyard dollarlıq kredit paketini yekunlaşdırıb
Yaxın günlərdə Avropa İttifaqı Ukraynaya dəstək üçün 9 milyard avro məbləğində maliyyə paketinin detallarını yekunlaşdırmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə üç avropalı rəsmiyə istinadən Bloomberg məlumat yayıb.

Kiyev üçün yeni makro-maliyyə yardım proqramı əsas borcun ödənilməsi üçün 10 illik güzəşt dövrü ilə 25 illik kreditlərdən ibarət olacaq. Faiz ödənişlərinin Aİ büdcəsindən qarşılanması gözlənilir.

Rəsmilərin sözlərinə görə, təklifin bu həftə yekunlaşacağı gözlənilir, Aİ liderləri Ukraynanın bərpa planını və onun bloka üzvlük təklifini müzakirə etmək üçün 24-25 iyunda Brüsseldə görüşəcəklər.

Təklif olunan 9 milyard avroluq maliyyə paketi Aİ-nin bütün 27 üzv dövləti və Avropa Parlamenti tərəfindən dəstəklənməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
636 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...