Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb

Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb
Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın təyin etdiyi vilayət administrasiyasının rəhbəri Yevgeni Balitski bildirib.

Onun sözlərinə görə, gəmi 7 min ton taxıl daşıyır. Kollaborant gəminin istiqaməti barədə məlumat verməsə də, onun “dost ölkələrə” yollandığını vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynanın şərq və cənub bölgələrini işğal etməsindən sonra oradakı taxıl məhsulları rusiyalıların əlinə keçib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...