"Onu baş nazir seçməyin" - Consondan XƏBƏRDARLIQ
Böyük Britaniyada istefa qərarını açıqlayan baş nazir Boris Conson keçmiş maliyyə naziri Rişi Sunakın Mühafizəkarlar Partiyasının liderliyi və baş nazirlik yarışında qalib gəlməsini istəmədiyini bildirib.
"Unikal" xəbər verir ki, Baş nazirlik və Mühafizəkarlar Partiyası liderliyi seçkilərində dünən keçirilən səsvermənin ikinci turunda Sunak 13 səs daha alaraq 101 səslə birinci olub. Penni Mordaunt 83 səslə ikinci, xarici işlər naziri Liz Truss 64 səslə üçüncü olub.
Britaniyanın "The Times" qəzeti yazır ki, Boris Conson seçicilərə "Rişini dəstəkləməyin. Onu Baş nazir seçməyin!", - deyib. Xəbərdə Consonun partiyadaxili yarışa qarışmayacağını desə də, Sunakın yeni baş nazir olmasını istəmədiyi və onun favoritinin Xarici İşlər Naziri Liz Truss olduğu bildirilib.
"Bütün baş ofis Rişiyə nifrət edir. Bu şəxsi vəziyyətdir. Onlar düşünürlər ki, o, Consonu vəzifəsindən edib və bu planı aylardır planlaşdırırmış", - deyə KİV qeyd edib.
Ötən həftə maliyyə naziri Rishi Sunakın istefası hökumətdə istefalar dalğasına səbəb olub və nəticədə Boris Consonun da istefa verməsi ilə nəticələnib.
1061 dəfə oxundu