Gürcüstanda “Javelin”lərin istifadəsi ilə təlim keçirilib

Gürcüstanda “Javelin”lərin istifadəsi ilə təlim keçirilib
Gürcüstanda ABŞ istehsalı “Javelin” tankəleyhinə idarəolunan raket kompleksi ilə istifadə etməklə keçirilən təlimlər başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Tbilisi yaxınlığında Vaziani hərbi bazasının poliqonunda baş tutan təlimdə Gürcüstan və Böyük Britaniya hərbçiləri iştirak ediblər.

Təlimlərin ssenarisinə əsasən, qruplar öncədən müəyyən edilmiş rayonda şərti düşmənin zirehli texnikasını aşkarlayıblar və onu “Javelin” raket qurğuları sisteminin köməyi ilə məhv ediblər.

Təlimlər üç həftə ərzində iki mərhələdə keçirilib. İlk mərhələ silahın taktiki-texniki göstəriciləri ilə tanışlıq və effektiv istifadə üsullarının öyərnilməsi, ikinci mərhələ isə gündüz və gecə vaxtlarında döyüş atışlarından ibarət olub.

Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərin məqsədi təcrübə mübadiləsi və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsindən ibarətdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...