Ukrayna Rusiya ilə yox, Türkiyə və BMT ilə müqavilə imzalayır - Zelenskinin Ofisi

Ukrayna Rusiya ilə yox, Türkiyə və BMT ilə müqavilə imzalayır -

Ukrayna Prezident Ofisi İstanbulda imzalanması gözlənilən sazişin texniki detallarını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.

“Ukrayna taxılının ixracına dair, İstanbul müqaviləsinə gəlincə, Ukrayna Rusiya ilə heç bir sənəd imzalamır. Biz Türkiyə və BMT ilə müqavilə imzalayır və onların qarşısında öhdəliklər götürürük. Rusiya Türkiyə və BMT ilə güzgü sazişi imzalayır.

Rusiya gəmilərinin heç bir nəqliyyat müşayiəti və limanlarımızda nümayəndələri olmayacaq. Təxribatlar olarsa, dərhal hərbi reaksiya verəcəyik.

Zərurət yarandıqda, sularda nəqliyyat gəmilərinin yoxlamaları birgə qruplar tərəfindən həyata keçiriləcək”, - Podolyak qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...