Azərbaycan-Gürcüstan sərhəddi bağlandı - sürücülər etiraz etdilər

Azərbaycan-Gürcüstan sərhəddi bağlandı -


Yanvarın 7-də saat 14:00 radələrində Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun İdxal gömrük nəzarəti xətti ilə Gürcüstandan gələn 35-BG-315, 35-BF-254, 05-BG-455, 35-BX-020, 35-BH-350 və 35-BD-666 dövlət nömrə nişanlı minik nəqliyyat vasitələrinin sürücüləri gömrükçülərin avtomobillərə gömrük baxışı keçirilməsinə mane olub.

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ilkin baxış zamanı isə gömrükçülər minik nəqliyyat vasitələrinin hər birinin yük yeri və salonunda qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq, kommersiya məqsədləri üçün nəzərdə tutulan mallar - 200 kiloqrama qədər meyvə olduğunu müəyyən edib: "İstehlak miqdarından artıq olan mallara görə sənədlər və gömrük rüsumu ödənilməsi tələb olunduqda isə nəqliyyat vasitələrinin sürücüləri buna etiraz edərək yükə aid sənədləri təqdim etməkdən və rüsumu ödəməkdən imtina ediblər.

Gömrükçülərin qanuni tələblərinə məhəl qoymayan həmin nəqliyyat vasitələrinin sürücüləri daha sonra gömrük əməkdaşlarını idxal gömrük nəzarəti xəttini bağlamaqla hədələyiblər. Dəfələrlə tələb edilməsinə baxmayaraq avtomobilləri idxal gömrük nəzarəti xəttindən götürməyən sürücülər gömrük əməkdaşlarına qarşı fiziki təzyiq göstərərək nalayiq ifadələr işlədiblər. Vəziyyəti nəzərə alan Tovuz Gömrük İdarəsinin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edib və əraziyə gələn polis əməkdaşları müvafiq tədbirlər həyata keçirdikdən sonra gömrük postunun fəaliyyəti 1 saatlıq fasilədən sonra bərpa olunub".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...