Sumqayıtın mərkəzində 170 obyekt sökülür - FOTOLAR

Sumqayıtın mərkəzində 170 obyekt sökülür -


Sumqayıt İcra Hakimiyyəti şəhərin mərkəzində, Sülh küçəsində söküntüyə qərar verib. Burada fəaliyyət göstərən ticarət və iaşə obyektlərini sökməyə başlayıblar. Bu küçədə 170 ticarət və iaşə obyekti var və onlar uzun illərdi ki, fəaliyyət göstərirlər.

Artıq ən iri ticarət mərkəzlərindən olan “Ən ucuz market”in boşaldılmasına başlanılıb. Marketin sahibi Vüqar Qələndərov əməkdaşımıza bildirib ki, obyektinin bütün lazımı sənədləri qaydasındadır və tam qanuni fəaliyyət göstəririrlər. Bununla belə obyektini sökürlər.

Obyektlərinin sökülməsini sahibkarlar etirazla qarşılayır. Onlar baş verənlərlə bağlı Prezident Administrasiyasının qarşısında toplaşmaq istəyirlər.

Sahibkarların bildirdiyinə görə, İcra Hakimiyyətindən obyektlərin niyə söküldüyü haqda onlara heç bir izahat verilmir. (azadliq.info)


Sumqayıtın mərkəzində 170 obyekt sökülür -
Sumqayıtın mərkəzində 170 obyekt sökülür -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...