Rusiyalı sərnişinlər Türkiyədə təyyarədən endirildi

Rusiyalı sərnişinlər Türkiyədə təyyarədən endirildi


Rusiyanın iki qadın vətəndaşı qeyri-etik davranışlarına görə "Türk Hava Yolları"na məxsus təyyarədən endiriliblər

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, hadisə İstanbul- Bəhreyn reysində baş verib.
Təyyarə hava limanında olarakən Rusiya vətəndaşlar göyərtədə hay-küy salıb, özlərini qeyri-etik aparıblar. Başqa sərnişinlər onların davranışından ekipaj üzvlərinə şikayət ediblər. Təyyarə komandirinin dediklərinə məhəl qoymayan rusiyalı sərnişinlər əməllərindən əl çəkməyib. Bundan sonra polis çağırılıb və qadınlar Xarici Xətlər Terminalı Təhlükəsilik Bürosu İdarəsinə aparılıblar.

Xəbərə görə, onlar Moskvaya göndəriləcəklər.Rusiya vətəndaşlarının pozucu davranışı səbəbindən reys gecikib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...