Uşağı döyülən valideyn müəllimə qarşı şikayətini geri götürdü - VİDEO
"Sumqayıt şəhəri 22 saylı məktəbdə şagirdi döydüyünə görə işdən çıxarılan tarix müəllimi İdris Hüseynovla bağlı polis araşdırmasına xitam verilib. Buna səbəb şagirdin valideyninin müəllim barəsində şikayətini geri götürməsi olub".
Bunu "Report"a açıqlamasında məktəbin direktoru Tahirə Səfərova deyib. Direktorun sözlərinə görə, işdən çıxarılan müəllimin yerinə təyinat olmayacaq: "Çünki məktəbdə tarix fənnini tədris edən 5 müəllim var. Həmin sinfin tarix dərsi də onlar arasında bölüşdürüləcək". Xatırladaq ki, qeyd olunan hadisə bu il yanvar ayının əvvəlində baş vermişdi. Müəllimin şagirdi döydüyü kadrlar isə sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olmuşdu.
Təhsil Nazirliyi hadisəni araşdırdıqdan sonra "Təhsil haqqında" qanunun və "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edən, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verdiyinə görə tarix müəllimi İ.Hüseynovun işdən çıxarılması barədə qərar qəbul etmişdi. Həmçinin, polis hadisə ilə bağlı araşdırmalara başlamışdı.
975 dəfə oxundu