Erməni müxalifətçini Azərbaycana Novella Cəfəroğlu qaçırıb

Erməni müxalifətçini Azərbaycana Novella Cəfəroğlu qaçırıb


Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan Azərbaycana insan haqları müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə qaçıb. Virtualaz.org saytı xəbər verir ki, bu haqda Novella Cəfəroğlu özü “İnterfaks”a məlumat verib. “Bizim gürcü həmkarlarımız mənə məktub verdilər. Orada deyilirdi ki, Vahan Martirosyanı və onun arvadını döyüblər, nəticədə qadın uşaq salıb”- deyə Novella Cəfəroğlu bildirib.

Hüquq müdafiəçisi deyib ki, o, Azərbaycanın dövlət strukturları ilə əlaqə yaradıb və “onlar Martirosyana sığınacaq veriblər”. N.Cəfəroğlu əlavə edib ki, sabah Bakıda V.Martirosyanın və arvadının iştirakı ilə mətbuat konfransı olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...