Lombardların üzərində indiyə kimi olmayan nəzarət yaradılır: Bundan sonra... (ŞƏRH)
"Lombardlar haqqında qanun qəbul ediləcək və faktiki olaraq Mərkəzi Bank onların fəaliyyətinə nəzarət edəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert, vəkil Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, həmin qanundan sonra lombardlar fəaliyyəti faktiki olaraq bank fəaliyyəti kimi tanınancaq və üzərlərində nəzarət olacaq:
"Lombard əhaliyə kredit verir. Onlar isə öz pulunu vermir, öz növbəsində banklardan, bank olmayan kredit təşkilatlar, digər vətəndaşlardan ktedit götürür və onu daha yüksək faizlə başqasına verirlər. Bu isə artıq bank fəaliyyətidir, qanunsuz olması da bununla bağlıdır. Təbii ki, əhali bunu bilmir və əslində fərqində də olmamalıdır. Bunun müvafiq dövlət orqanları fərqində olmalıdır. Bank faəliyyəti nədir? Bank fəaliyyətini yalnız Bank və bank olmayan kredit təşkilatları göstərir. Onlar buna görə Mərkəzi Bankdan lisensiya alırlar. Mərkəzi Bank onların fəaliyyətinə daima nəzarət edir. Niyə edir? Elə-belə eləmir. Ona görə edir ki, onlar özünün deyil, başqalarının pulunu kredit verirlər. Məsələn, mən öz pulumu kiməsə borc verirəmsə, bizim fəaliyyətimizə nəzarət lazım olmayacaq, çünkü öz pulumuzdur, itirəcək bizik. Amma başqasının pulunu borc veririrksə, buna görə nəzarət var. Lombardların üzərində indiyə kimi nəzarət yoxdur. Niyə? Guya ehtimal olunur ki, onlar bu günə kimi öz pullarını verirlər. Amma əslində onlar öz pulunu vermirlər, onlar da kimdənsə borc alırlar”.
Əkrəm Həsənov bildirib ki, Vergilər Nazirliyinin saytına girəndə görürsən ki, onların nizamnamə kapitalı ən yüksək halda 200 manatdır, qalanları 5-10 manatdır:
"5-10 manatı borc verir? Yox, onlar da kimdənsə borc alır. Bu əhalinin problemi deyil, dövləti narahat etməlidir. Orada camaatın pulu batır. Təəssüf ki, dövlət buna nəzarət etmir. Bu işlə məşğul olanlar yoxdur ki, lombardlar qanunsuz bank fəaliyyəti göstərir”.
617 dəfə oxundu